Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidentin səfərləri

01.11.2006
• Ulu Öndərin abidəsini ziyarət və Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanışlıq;
• Gədəbəy filiz yatağı nümunələrindən ibarət sərgi ilə tanışlıq;
• Gədəbəy İdman Kompleksi ilə tanışlıq ;
• Gədəbəy rayonunun Slavyanka kəndi ilə tanışlıq,  rayonda yaşayan rus icması ilə görüş

26.05.2009
• Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət;
• Aşıq Musiqi Məktəbinin təməlqoyma mərasimi;
• Gədəbəy qızıl-mis emalı zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasim.


10.09.2013

•Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

•Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi parkda aparılan abadlıq işləri barədə məlumat verdi. 
• Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışı;
• Gədəbəydə Çolpan çayı üzərindəki körpünün açılışı;
• Gədəbəydə “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodunun açılışı;
• Gədəbəydə “Halal Qida” süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksi ilə tanışlıq.

20.08.2017

• Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət
• Gədəbəydə “Gədəbəy Mineral Suları” MMC-nin illik istehsal gücü 6 milyon litr olan limonad zavodunun açılışı
• Gədəbəydə 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarımstansiyasının açılışı
• Gədəbəydə Heydər Əliyev Mərkəzinin açılışı
• Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışı

  Gədəbəy rayonu haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları:

 

     - 14 oktyabr 2005-ci il tarixli 1044 nömrəli Sərəncamla Azərbaycan Respublikası regionlarının, o cümlədən  Əlibayramlı şəhər, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planı təsdiq edilmişdir;

                                                                   

- 04 iyul   2008-ci il tarixli 2924 nömrəli Sərəncamı  Azərbaycan Respublikasının Ağstafa, Qazax, Goranboy, Şəmkir, Samux, Tovuz, Gədəbəy, Salyan və Neftçala rayonlarının qaz təchizatının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında;

 

 

- 06 sentyabr 2012-ci il tarixli 2423 nömrəlı Sərəncamla  59 min əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən, smeta dəyəri 18,6 milyon manat olan və 56 km uzunluqda Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi məqsədi ilə  Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 3,0 milyon manat ayrılmışdır.

 

-20 sentyabr 2013 cü il tarixli 3159 nömrəli Sərəncamla İyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gədəbəy Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılmışdır.

 

20 sentyabr 2013 cü il tarixli 3158 nömrəli Sərəncamla Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Gədəbəy Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılmışdır

 

31 Mart 2014 cü iltarixli   Sərəncamla  İyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,7 milyon (altı milyon yeddi yüz min) manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılsın.
 

07 noyabr 2014-cü il tarixli 835 nömrəli Sərəncamla Əlli doqquz min nəfər əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,9 milyon (beş milyon doqquz yüz min) manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılsın.

 

13 may 2016-cı il tarixli 2046 nömrəli Sərəncamla  Yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılsın.

 

29 iyul 2016-ci il tarixli 2248 nömrəli Sərəncamla İyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon (bir milyon səkkiz yüz min) manat ayrılsın.

 

22 avqust 2017-ci il tarixli 3182 nömrəli Sərəncamla Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gədəbəy Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

 

5 aprel 2018-ci il tarixli 3886 nömrəli Sərəncamla  Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 (dörd milyon dörd yüz altmış bir min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

 

1 avqust 2018-ci il tarixli 374 nömrəli Sərəncamla  On iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Slavyanka–Qoşabulaq–Pərizamanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,4 milyon (on bir milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

 

29 noyabr 2019-cu il tarixli 1623 nömrəli Sərəncamla  Səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Arıqdam-Söyüdlü-Soyuqbulaq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,4 milyon (doqquz milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

 

29 noyabr 2019-cu il tarixli 1624 nömrəli Sərəncamla Altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər (38 km) - İsalı-Zamanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,8 milyon (doqquz milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

01 noyabr 2006-cı il tarixdə Prezident İlham Əliyevin Gədəbəy rayonuna səfəri zamanı nitqi

26 may 2009-cu il tarixdə Prezident İlham Əliyevin Gədəbəy rayonuna səfəri zamanı nitqi

10 sentyabr 2013-cü il tarixdəPrezident İlham Əliyevin Gədəbəy rayonuna səfəri zamanı nitqi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gədəbəy haqqında kəlamları

 

 

 

 

Keçidlər