Operativ xidmət mərkəzi
.jpg)

.jpg)
.jpg)

.jpg)
Gədəbəy RİH tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün yaradılmış vahid mərkəz
Gədəbəy Rayon İH tərəfindən vətəndaşlara Azərbaycan Respublikası Mülkü Məcələsinin, Ailə Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin, Qanunların və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq 41 sahə üzrə göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılmış və mərkəzdə RİH başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işci olmaqla cəmi 7 nəfər daima orada xidmət göstərir. Mərkəzdə quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilmiş və hər bir işçinin məsafədən monitordan istifadəsi mümkündür. Hər bir işçi telefon və kompüter dəsti ilə təchiz edilərək internetə çıxışı təmin edilmişdir. Mərkəzdə vətəndaşın problemlərinin operativ həlli məqsədi ilə (3 rəqəmli nömrə) qaynar xətt yaradılmışdır. Bundan əlavə xidmətin səmərəliliyinin artırılması məqsədilə mərkəzdə könüllülər fəaliyyət göstərir.
Xidmətlərə aid olan məsələlər
-məlumut masası, qaynar xəttə daxil olan məlumatların yönləndirilməsi.
-sənədlərin qəbulu və verilməsi:
- memarlıq və tikinti məsələləri (11 xidmət) ;
1.Bələdiyyə mülkiyyətində olan torpaqların ayrılması ilə əlaqədar rəy
2.Prospekt, küçə, meydanlara ad verilməsi, onların adlarının dəyişdirilməsi
3.Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılmas
4.Tikintiyə icazə verilməsi
5.Tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə verilməsi
6.Tikintilərin Dövlət reysterinə məluatların təqdim edilməsi
7.Tikinti layihələrinin təstiqi və qeydiyyata alınması
8.Sənədlərin surətlərinin və sənədlərin surətlərindən çıxarılmış surətlərin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi
9.Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı
10.Yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilməsi
11.Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması
- hüquq məsələləri (1 xidmət) ;
1.Fiziki şəxsin üzərində patronaj təyin edilməsi
- sosial-iqtisadi məsələlər(7 xidmət) ;
1. Dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi
2. Ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla, avtomobil yollarının qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərlə müqavilə bağlanması.
3. Yaşıllıqların götürülməsi haqqında qərarın verilməsi
4.Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması
- İƏD üzrə nümayəndəliklər və bələdiyyələrlə bağlı məsələlər(8 xidmət) ;
- 1. Əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müvəqqəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla etibarnamələrin təsdiq edilməsi
2. Sənədlərdəki imzaların həqiqiliyinin təsdiq edilməsi
3. Vəsiyyətnamələrin təsdiq edilməsi
4. Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi
5. Sənədlərin surətlərinin və sənədlərin surətlərindən çıxarılmış surətlərin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi
6.Doğumun qeydə alınması
7.Ölmün qeydə alınması
8. Nigahın qeydə alınması
- yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi məsələləri (7 xidmət) ;
1. Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması
2. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi
3. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərə qəyyumun təyin edilməsi
4. Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi
5. Uşağın adının və soyadının dəyişdirilməsi
6. Uşağın mənşəyinin müəyyən edilməsi
7. Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notariat hərəkətlərin aparılmasına razılığın verilməsi
Mərkəzin məqsədi
-sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi;
-vaxt itkisinin qarşısının alınması;
-süründürməcilik və korrupsiya hallarının qarşısının alınması;
-vətəndaşın eyni vaxtda vahid məkanda RİH-nin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edilməsi;
-işgüzar mühit, açıqlıq, həssas münasibət, yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması;
-RİH-nin vətəndaşın etimad ünvanına cevrilməsi;
-vətəndaş məmunluğunun yüksəldilməsi;
Xidmətin fəliyyət istiqaməti aşağıdakı qaydadadır.
Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmət təqdim edən Mərkəzin fəaliyyəti nəticəsində əhalinin icra strukturuna inamı yüksəlir və tərəflər arasında anlaşılmayan məsələ qalmır.
Operativ Xidmət Mərkəzi həftənin iş günləri saat 09:00-18:00-dək vətəndaşlara fasiləsiz xidmət göstərir. Hər bir əməkdaş telefon və bilgisayar dəsti ilə təchiz edilib, həmçinin Mərkəzdə yaradılan server otağı vasitəsilə yüksəksürətli internetə çıxış təmin olunub.
İlkin olaraq vətəndaş girişdəki xidmət terminalına yaxınlaşaraq aidiyyat üzrə bölməni seçərək qəbz götürür.
Xidmət terminalı avtomatik növbəlilik məyyən edir.
Vətəndaşın xidmət seçimində və ya xidmətlər barədə hər hansı sualı olarsa, məlumat masasına yaxınlaşaraq xidmətlərə aid sualını verərək köməklik əldə edə bilir.
Vətəndaş aidiyyəti üzrə xidmətlər masasında əyləşmiş şöbənin məsul işçisinə yaxınlaşaraq sənədlərini təqdim edir;
Məsul işçi tələb olunan sənədlərin tam olmasını yoxlayıb qəbul edir və müraciətin həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin minumum iş gününü müəyyən edir;
Məsul işçi həmin sənədin icra müddətini müəyyən etdikdən sonra sənədlərin üzərinə özünə məxsus qısa lövhədə sənədin götürülmə tarixinı qeyd edir, imzasını atır və sənədlərı 1 nömrəli “sənədlərin qəbulu və verilməsi” masasına təqdim edir;
1 nömrəli masada əyləşən məsul işçi sənədin qeydiyyatını apararaq vətəndaşa sənədin verilməsi tarixi barədə məlumat verir;
Qeyd olunan tarixdə (saat-gün) sənəd vətəndaşa (Mərkəzə daxil olduğu anda bir dəqiqə ərzində) təqdim olunur;
Xidmət bütövlükdə videolentə alınır;
Gün ərzində xidmətlərin statistikası barədə serverdə avtomatlaşdırılmış uçot aparılır
Xidmət ərazisində İnkluziv şəxlər üçün xüsusi rəngdə və materialda hərəkət istiqamətləndirici zolaq da yerləşdirilmişdir ki, bu onların hərəkət funksiyalarını asanlaşdırır






