Şriftin ölçüsü :

Saytın rəngi :

Dağ-mədən sənayesi

Azərbaycan İnterneyşnl Mayninq Kompani

Limited Şirkəti barədə məlumat

 Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti 26 fevral 2007-ci il tarixindən etibarən 300 kv.km-lik Gədəbəy kontrakt sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat işləri hüququna malikdir. Sahəyə Azərbaycanda fəaliyyətə başlamış ilk qızıl mədəninin yanı sıra  bir sıra kəşfiyyat hədəfləri daxildir.

 Gədəbəy mədən işlərinin təxminən 2000 il bundan əvvəl başladığı bildirilir. Günümüzə ən yaxın ilk mədən fəaliyyəti  təxminən 1849-cu ildə “Mexor Qardaşları”, ardınca Alman Siemens qardaşları şirkəti tərəfindən Gədəbəydə mis mədəni inkişaf etdirilib işlənməsi ilə başladı. 1849-1917-ci illər arasında ən azı beş böyük (100 000 tondan çox) və çoxsaylı kiçik sulfid kütləsi hasil edilmişdir. Mədənin fəaliyyəti 1917-ci ildə Rusiya inqilabının başlaması ilə dayandırıldı.  Mədənçilik fəaliyyəti bir daha 2008-ci ildə Abglo Asian şirkətinin qızıl , gümüş və misin çıxarılması üçün açıq mədən və ənənəvi “topa aşındırma” və emal etmə təsislərinin inşası ilə başladı. Şirkət ilk qızılını 2009-cu ilin may ayında istehsal edərək müasir dövrdə Azərbaycanın ilk qızıl/mis istehsalçısına çevrildi. Həmin vaxtdan bəri mədənin səmərəliliyi daim inkişaf etdiyi üçün stabil qızıl hasilatı gördü. Bundan əlavə 2015-ci ildə şirkət Gədəbəydə yerləşən “Qədir” yeraltı mədənindən hasilat həyata keçirməyə başlayıb.

Keçidlər