Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

       Mədəniyyət

Gədəbəydə 33 mədəniyyət evi, o cümlədən 1 Gədəbəy rayon Mədəniyyət Mərkəzi və 20 kənd mədəniyyət evi, 12 kənd klubu, 46 kitabxana, o cümlədən 1 rayon Mərkəzi kitabxanası 1 şəhər və 44 kənd kitabxana filialı,  Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq muzeyi, Uşaq İncəsənət məktəbi, Aşıq Ələsgər adına Gədəbəy Aşıq Məktəbi, 3 kənd Uşaq Musiqi məktəbi fəaliyyət göstərir. Bütün mədəni-maarif müəssisələrində texniki işçilər də daxil olmaqla 393 nəfər işçi çalışır.

Mədəniyyət evlərində və klublarda texniki işçilər də daxil olmaqla 118 nəfər çalışır.

Rayon Mərkəzləşdirilmiş kitabxana sistemində texniki işçilər də daxil olmaqla 127 nəfər çalışır.

Heydər Əliyev Mərkəzində texniki işçilər də daxil olmaqla 12 nəfər işçi çalışır.

Tarix Diyarşünaslıq Muzeyində texniki işçilər də daxil olmaqla çalışan 5 nəfərdir.

Aşıq Ələsgər adına Gədəbəy Aşıq məktəbində, Gədəbəy şəhər Uşaq İncəsənət məktəbində və 3 kənd uşaq musiqi məktəbində  131 nəfər çalışır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən rayonda qeydiyyata alınmış və inventarlaşdırılmış 1 dünya əhəmiyyətli, 81 ölkə əhəmiyyətli və 24 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsinin mühafizəsi Mədəni İrsin Qorunması, İnkişafə və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin 5 nəfər mütəxəssisi tərəfindən həyata keçirilir.

Keçidlər