Rayon haqqında
Əhalisi
Gədəbəy rayonunun ərazisi 1232,98 km2, əhalinin sıxlığı 1 km2 –ə 82 nəfər təşkil edir. 01 yanvar 2026-cı il vəziyyətinə əsasən Gədəbəy rayonunun əhalisi 101443 nəfərdir. Əhalinin 51127 nəfərini yaxud 49.6%-ni kişilər, 50316 nəfərini və yaxud 49.8%-ni qadınlar təşkil edir. Əhalinin son siyahıyaalınmasına əsasən (2019-cu il) rayon əhalisinin 95303 nəfərini və ya 99.67%-ni azərbaycanlılar, 109 nəfər və ya 0,11%-ni ruslar, 204 nəfər və ya 0,21%-ni isə digər millətlər təşkil edir.






