İcra Hakimiyyəti
İH Başçısının müavinləri
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini – Nağıyev Natiq Fərhad oğluNağıyev Natiq Fərhad oğlu 25 oktyabr 1964-cü ildə Gədəbəy rayonu Əli-İsmayıllı kəndində anadan olmuşdur. 1986-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və həmin universiteti 1991-ci ildə bitirmişdir.
1981-ci ildən 1982-ci ilin noyabr ayınadək Jdanov adına sovxozda fəhlə işləmiş, 1982–1984-cü illərdə hərbi xidmətdə olmuş, 1985-ci ildən 1990-cı ilədək “Füzuli” adına kolxozda və Jdanov adına sovxozda komsomol katibi, 1990–1994-cü illərdə Gədəbəy rayon Sosial Təminat Şöbəsində bölmə müdiri, 1995-ci ildə “Əli-İsmayıl” adına kolxozun idarə heyətinin sədri, 1995–1998-ci illərdə “Natiq” kəndli fermer təsərrüfatının rəhbəri, 1998–2000-ci illərdə Gədəbəy RİH başçısının Əli-İsmayıllı kənd İƏD üzrə nümayəndəsi, 2000–2005-ci illərdə “Natiq” kəndli fermer təsərrüfatının rəhbəri, 2005–2011-ci illərdə Gədəbəy RİH başçısının Əli-İsmayıllı kənd İƏD üzrə nümayəndəsi, 2011-ci ildən 2018-ci ilin 29 oktyabr tarixinədək Gədəbəy RİH başçısının Alnabat kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləmişdir.
29.10.2018-ci ildən Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyir. Dövlət qulluğunun müşaviridir.
YAP üzvüdür.
Ailəlidir, 1 övladı var.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri – Musayev Vüsal Kərim oğluMusayev Vüsal Kərim oğlu 22 sentyabr 1980-ci ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuşdur. 1996-cı ildə Gəncə şəhəri 31 saylı orta məktəbin XI sinfini bitirmişdir.
Həmin il Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə daxil olmuş və bu universiteti 2000-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1997–2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən “Kəpəz TV” Teleradio Şirkətində operator vəzifəsində işləmişdir.
2000-ci ildə Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə magistraturaya daxil olmuş və 2002-ci ildə həmin universitetin “Mühəndis iqtisadiyyatı və idarəetmə” istiqaməti üzrə “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi” ixtisaslaşması üzrə magistr dərəcəsi almışdır. 2002-ci ilin iyul ayından 2003-cü ilin iyun ayına qədər hərbi xidmətdə olmuşdur.
20 aprel 2004-cü ildən 24 iyul 2004-cü il tarixədək Gədəbəy Peşə Liseyində mühasib köməkçisi vəzifəsində işləmişdir. 2 avqust 2004-cü ildən 2 avqust 2012-ci il tarixədək Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı Aparatında sosial-iqtisadi məsələlər şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışmışdır.
2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsinə daxil olmuş və 2013-cü ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir.
2 avqust 2012-ci ildən etibarən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır.
22 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Dövlət qulluğunun müşaviridir.
YAP üzvüdür.
Ailəlidir, 3 övladı var.