Şriftin ölçüsü :

Saytın rəngi :

İH Başçısının müavinləri

Gədəbəy rayonu İcra Hakimiyyəti başçının birinci müavini- Nağıyev Natiq Fərhad oğlu

Nağıyev Natiq Fərhad oğlu 25 oktyabr 1964-cü ildə Gədəbəy rayonu Əli-İsmayıllı kəndində anadan olmuşdur. 1986-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakultəsinə daxil olmuş və hmin Universiteti 1991-ci ildə bitirmişdir. 1981-ci ildən 1982 ci ilin noyabır ayınadək "jdanov adına sovxozda fəhlə işləmiş, 1982-1984-cü illərdə hərbi xidmətdə olmuş, 1985-ci ildən 1990-cı ilədək "Füzuli" adna kolxozda və "Jdanov" adına sovxozda komsomol katibi, 1990-1994-cü illərdə Gədəbəy rayon Sosial Təminat şöbəsində bölmə müdiri,  1995-ci ildə "Əli-İsmayıl" adna kolxozun idarə heyyətinin sədri, 1995-1998- ci illərdə "Natiq" kəndli fermer təsərrüfatının rəhbəri, 1998-2000-ci ildə Gədəbəy RİH başçısının Əli-İsmayıllı kənd İƏD üzrə nümayəndəsi, 2000-2005-ci illərdə "Natiq" kəndli fermer təsərrüfatının rəhbəri, 2005-2011 ci illərdə Gədəbəy RİH başçısının Əli-İsmayıllı kənd İƏD üzrə nümayəndəsi, 2011-ci ildən 2018-ci ilin 29 oktyabr  tarixinədək Gədəbəy RİH başçısının  Alnabat kənd İƏD üzrə nümayəndəsi  vəzifəsində işləmişdir. 29.10.2018-ci taridən  Gədəbəy rayonu İcra Hakimiyyəti başçının birinci müavini vəzifəsində işləyir, I dərəcə Dövlət qulluqçusudur.

YAP üzvüdür

Ailəlidir 1 övladı var

Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdüri
Musayev Vüsal Kərim oğlu

Musayev Vüsal Kərim oğlu, 22 sentyabr 1980-ci ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuşdur. 1996-cı ildə Gəncə şəhəri 31 saylı orta məktəbin XI sinfini bitirmişdir.1996-cı ildə Azərbaycan Texnalogiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinə daxil olmuş və həmin Universiteti 2000-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildən  2000-ci ilədək  Gəncə şəhərində fəaliyyət göstərən “Kəpəz TV” Teleradio şirkətində operator vəzifəsində işləmişdir. 2000-ci ildə Azərbaycan Texnalogiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinə magistraturaya daxil olmuş və 2002-ci ildə həmin Universitetin Mühəndis iqtisadiyyatı və idarəetmə istiqamətinin “İstehsal və xidmət sahələrininin iqtisadiyyatı və idarəedilməsi” ixtisaslaşdırılması üzrə magistr dərəcəsi almışdır. 2002-ci ilin iyul ayından 2003-cü ilin iyun ayına qədər hərbi xidmətdə olmuşdur.

20 aprel 2004- cü ildən 24 iyul 2004-cü il tarixədək Gədəbəy Peşə Liseyində mühasib köməkçisi vəzifəsində işləmişdir. 02 avqust 2004-cü ildən 02 avqust 2012- ci il tarixədək Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı Aparatında sosial-iqtisadi məsələlər şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində işləmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət idarəçilik Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması fakultəsinə daxil olmuş və 2013-cü ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir. 02 avqust 2012-ci ildən Gədəbəy rayon İcra hakimiyyəti Başçısının müavini Sosial-idisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyir.22 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunmuşdur.

YAP üzvüdür.

Ailəlidir 3 övladı var.

 

Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar
şöbəsinin müdiri Allahverdiyeva Vəfa Valeh qızı

Allahverdiyeva Vəfa Valeh qızı, 13 avqust 1978-ci ildə Gədəbəy şəhərində anadan olmuşdur. 1996-cı ildə İ.Əliyev adına Şəhər 1 saylı orta məktəbin X sinfini bitirmişdir. 15 sentyabr 2000-ci ildən 01 may 2001-ci il tarixədək İ.Əliyev adına Şəhər 1 saylı orta məktəbdə müəllim işləmişdir.

01 may 2001-ci ildən 30 noyabr 2001-ci ilədək İ.Əliyev adına Şəhər 1 saylı orta məktəbin tədris işləri üzrə müavini işləmişdir.
30 noyabr 2001-ci ildən 22 oktyabr 2003-cü il tarixədək Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı aparatında böyük inspektor vəzifəsində işləmişdir.

22 oktyabr 2003-cü il tarixdən 01 aprel 2011-ci il tarixədək Gədəbəy RİH Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu işləmişdir.

2005-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması fakultəsinə daxil olmuş və 2007-ci ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir.

2011-ci ildən -2012-ci il tarixədək Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının təhsil,səhiyyə və mədəniyyət üzrə müavini-şöbə müdiri vəzifəsində işləmişdir. 17 sentyabr 2012-ci il tarixdən Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdiri vəzifəsində işləyir.

YAP üzvüdür.

2 övladı var.

 

 

Keçidlər