Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və İdman İdarəsi

Ünvanı: Gədəbəy şəhəri, Heydər Əliyev prospekti 12
Rəis: Gülməmmədov Əlviz Ramiz oğlu
Tel,Faks: 022-32-6-41-80
e-mail: gedebey.gii@gmail.com

Gədəbəy rayon Gənclər və İdman İdarəsi 1994-cü ildən fəaliyyət göstərir. Gədəbəy rayon Gənclər və İdman İdarəsi Gədəbəy rayonunda uşaq, yeniyetmə və gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yerli orqanıdır.
     İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Qərar, Təlimat, Əmr və     Gənclər və İdman İdarələri haqqında Əsasnaməni rəhbər tutur.
Idarə öz fəaliyyətini yerli İcra Hakimiyyəti və bələdiyyə orqanları, habelə qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə həyata keçirir.
     Gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə ekskursiyalar təşkil edilir, onların vətənpərvərlik ruhunda böyümələri məqsədilə hər ildə bir dəfə vətən uğrunda qəhrəmancasına həlak olmuş Gədəbəy şəhidlərinin qəbri ziyarət olunur, ailə üzvləri və döyüş yoldaşları ilə söhbətlər olunur, “Şahin” hərbi idman oyunları, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə tədbirlər və Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi məqsədilə “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi”, “Biz Azərbaycanı sevirik”  mövzularında inşalar təşkil olunur.
       Gədəbəydə intellektual klublar yaradılmış və İdarənin yarımillik iş və tədbirlər planlarına uyğun olaraq  intellektual oyunlar üzrə rayon birincilikləri keçirilir. Gənclərin İntellektual oyunlar üzrə Gədəbəy rayon çempionatına daha çox cəlb olunması, erkən nikahın fəsadları və qarşısının alınması, rayonumuzda fəaliyyət göstərən idman növlərinə gənclərin maraq dairəsinin artırılması və cəlb olunması, radikal dini təriqətlər, narkomaniya, cinayətkarlıq və digər mənfi meyllərin qarşısının alınması barədə kəndlərdə gənclərlə mütəmadi görüşlər təşkil olunur, onlara təbliğat-təşviqat xarakterli materiallar paylanılır.
        Bakıda və Sumqayıtda təhsil alan, işləyən gədəbəyli gənclərlə mütəmadi görüşlər təşkil olunur, onların problemləri ilə tanış olunur, fikir və təklifləri dinlənilir və həmin gədəbəyli gənclər arasında intellektual yarışlar keçirilir.
       Gədəbəy rayonu üzrə 108 idman qurğusu, bunlardan 1 kompleks idman qurğusu, 720 nəfərlik yeri olan 1 stadion, 17 idman zalı, 88 sadə idman qurğusu, 1 şahmat məktəbi vardır.
     Gədəbəy rayonu üzrə 3 idman məktəbi fəaliyyət göstərir, bunlardan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Gədəbəy rayonunda yerləşən Respublika Kompleks İdman Məktəbi (RKİM), Təhsil Nazirliyinin nəzdində olan Uşaq Gənclər Şahmat İdman Məktəbi (UGŞİM) və Uşaq Gənclər İdman Məktəbi (UGİM).
Idman məktəblərində futbol, volleybol, stolüstü tennis, şahmat, dama, sərbəst güləş və atletika idman növləri tədris olunur.
      Rayonda fəaliyyət göstərən və kənarda məşq etmiş, amma Gədəbəyin adına İdarə tərəfindən ezam olunan idmançılarımız bir sıra uğurlu nəticələrlə də yadda qalmışdır. Belə ki, Gədəbəyin fəxri Bağırov Beyrək Xaliq oğlu karate-do idman növü üzrə Avropa çempionu, taekvando idman növü üzrə isə Dünya kubokunun sahibi olmuşdur. Atletimiz Cabir Əmiraslanov 3000 metr məsafəyə qaçışda Azərbaycan çempionu olmuş, kikboksinq üzrə 23-cü ölkə çempionatında gənclər arasında Şamil Məmmədəliyev II yer, Bilal Məmmədov isə III yerə, Budo döyüş növləri üzrə uşaq və yeniyetmələr arasında ölkə birinciliyində Rəsul Tağızadə I yer, Fərda Həsənov I yer, Elcan Cəfərov I yer, Hüseyn Həbilov I yer, Məftun Orucov I yer, Bilal Məmmədov I yer, Ruzigar İbişov II yer, Rufan Həsənli isə III yerə, gənclər və böyüklər arasında ölkə çempionatında Rəşad Hüseynov I yer, Hilal Məmmədov II yer, Mirzəli Verdiyev II yer, Ümidəli Bayramov II yer, Mirxalid Şahmarlı II yer, Şamil Məmmədəliyev isə III yerə layiq görülmüşdür. Yeniyetmə voleybolçularımız isə Azərbaycan çempionatında III yerə layiq görülmüşlər. Stolüstü tennis üzrə Azərbaycan kuboku qoşa yarışlarında Cəfər Cəfərzadə və Anar Məmmədov  fəxri III yerə, qarışıq qoşa yarışlarında isə Anar Məmmədov III yerə layiq görülmüşdür.

 

Keçidlər