Şriftin ölçüsü :

Saytın rəngi :

Operativ xidmət mərkəzi

Operativ xidmət mərkəzi;Qaynar xətt -  Rayon ərazisindən-164 ;  mobil operatorlardan və digər rayonlardan 02232-164

Gədəbəy RİH tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün yaradılmış vahid mərkəz
Gədəbəy Rayon İH  tərəfindən vətəndaşlara Azərbaycan Respublikası Mülkü Məcələsinin, Ailə Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin, Qanunların və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq 41 sahə üzrə   göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid  mərkəz  yaradılmış və mərkəzdə  RİH başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işci olmaqla   cəmi 7 nəfər daima orada xidmət göstərir. Mərkəzdə quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilmiş və hər bir işçinin məsafədən monitordan istifadəsi  mümkündür. Hər bir işçi telefon və  kompüter dəsti ilə təchiz edilərək internetə çıxışı təmin edilmişdir. Mərkəzdə vətəndaşın problemlərinin operativ həlli məqsədi ilə (3 rəqəmli nömrə) qaynar xətt yaradılmışdır. Bundan əlavə xidmətin səmərəliliyinin artırılması məqsədilə mərkəzdə könüllülər fəaliyyət göstərir.
Xidmətlərə aid olan məsələlər

-məlumut masası, qaynar xəttə daxil olan məlumatların yönləndirilməsi.
-sənədlərin qəbulu və verilməsi: 

- memarlıq və tikinti məsələləri (16 xidmət) ;

Memarlıq və tikinti məsələləri - 16 xidmət sahəsi
1.Bələdiyyə mülkiyyətində olan torpaqların ayrılması ilə əlaqədar rəy
2.Fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı
3.Prospekt, küçə, meydanlara ad verilməsi, onların adlarının dəyişdirilməsi
4.Tikinti layihələrinin ekspertizadan keçirilməsi
5.Tikinti layihələrinin təsdiqi və qeydiyyata alınması
6.Tikintilərin Dövlət reyestrinə məlumatın təqdim edilməsi
7.Tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə verilməsi
8.Tikintiyə icazə verilməsi
9.Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması
10.Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması
11.Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və əksinə keçirilməsi
12.Yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilməsi
13.Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması
14.İmtiyazlı şəxs qismində uçota alınmış şəxs vəfat etdiyi halda uçotun onun digər ailə üzvlərindən birinin adına dəyişdirilməsi
15.2013-cü ilə qədər sənədsiz inşa edilmiş fərdi yaşayış evlərinin faktiki vəziyyətinin plan-sxeminin işlənilməsi
16.Fərdi yaşayış evlərinə elektrik və qaz sayğacı quraşdırılması üçün peykçəkilişdən çıxarışın verilməsi

- hüquq məsələləri (1 xidmət) ;

1.Fiziki şəxsin üzərində patronaj təyin edilməsi

- sosial-iqtisadi məsələlər(7 xidmət) ;

1 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi. (komissiya rəyi)
2 Dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi
3 Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi (rəy)
4 Ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla, avtomobil yollarının qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərlə müqavilə bağlanması.
5 Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması
6 Yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması üçün rəyin verilməsi
7 Yaşıllıqların götürülməsi haqqında qərarın verilməsi

- İƏD üzrə nümayəndəliklər və bələdiyyələrlə bağlı məsələlər(8 xidmət) ;
1. Əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müvəqqəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla etibarnamələrin təsdiq edilməsi
2. Sənədlərdəki imzaların həqiqiliyinin təsdiq edilməsi
3. Vəsiyyətnamələrin təsdiq edilməsi
4. Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi
5. Sənədlərin surətlərinin və sənədlərin surətlərindən çıxarılmış surətlərin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi
6.Doğumun qeydə alınması
7.Ölmün qeydə alınması
8. Nigahın qeydə alınması

- humanitar məsələlər;

- yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi məsələləri (9 xidmət) ;

1 Nikah yaşının azaldılması
2 Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması
3 Qəyyumluq təyin edilməsi
4 Himayəçilik təyin edilməsi
5 Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi
6 Uşağın adının və soyadının dəyişdirilməsi
7 Uşağın mənşəyinin müəyyən edilməsi
8 Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi
9 Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notariat hərəkətlərin aparılmasına razılığın verilməsi

Mərkəzin məqsədi
-sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi;
-vaxt itkisinin qarşısının alınması;
-süründürməcilik və korrupsiya hallarının qarşısının alınması;
-vətəndaşın eyni vaxtda vahid məkanda RİH-nin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edilməsi;
-işgüzar mühit, açıqlıq, həssas münasibət, yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması;
-RİH-nin vətəndaşın etimad ünvanına cevrilməsi;
-vətəndaş məmunluğunun yüksəldilməsi;


Xidmətin fəliyyət istiqaməti aşağıdakı qaydadadır.
 

Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmət təqdim edən Mərkəzin fəaliyyəti nəticəsində əhalinin icra strukturuna inamı yüksəlir və tərəflər arasında anlaşılmayan məsələ qalmır.
Operativ Xidmət Mərkəzi həftənin iş günləri saat 09:00-18:00-dək vətəndaşlara fasiləsiz xidmət göstərir. Hər bir əməkdaş telefon və bilgisayar dəsti ilə təchiz edilib, həmçinin Mərkəzdə yaradılan server otağı vasitəsilə yüksəksürətli internetə çıxış təmin olunub.

 İlkin olaraq vətəndaş girişdəki xidmət terminalına yaxınlaşaraq aidiyyat üzrə bölməni seçərək qəbz götürür.
 Xidmət terminalı  avtomatik növbəlilik məyyən edir.
 Vətəndaşın xidmət seçimində və ya xidmətlər barədə hər hansı sualı olarsa, məlumat masasına yaxınlaşaraq xidmətlərə aid sualını verərək köməklik əldə edə bilir.
 Vətəndaş aidiyyəti üzrə xidmətlər masasında əyləşmiş şöbənin məsul işçisinə yaxınlaşaraq sənədlərini təqdim edir;
  Məsul işçi tələb olunan sənədlərin tam olmasını yoxlayıb qəbul edir və müraciətin həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin minumum iş gününü müəyyən edir;
  Məsul işçi həmin sənədin icra müddətini müəyyən etdikdən sonra  sənədlərin üzərinə özünə məxsus qısa lövhədə sənədin götürülmə tarixinı qeyd edir, imzasını atır və sənədlərı 1 nömrəli  “sənədlərin qəbulu və verilməsi”  masasına təqdim edir;
 1 nömrəli  masada əyləşən məsul işçi sənədin qeydiyyatını apararaq vətəndaşa sənədin verilməsi tarixi barədə məlumat verir;
  Qeyd olunan tarixdə (saat-gün) sənəd vətəndaşa (Mərkəzə daxil olduğu anda  bir dəqiqə ərzində) təqdim olunur;
 Xidmət bütövlükdə videolentə alınır;
  Gün ərzində xidmətlərin statistikası barədə serverdə avtomatlaşdırılmış uçot aparılır
 Xidmət ərazisində İnkluziv şəxlər üçün xüsusi rəngdə və materialda hərəkət  istiqamətləndirici zolaq da yerləşdirilmişdir ki, bu onların hərəkət funksiyalarını asanlaşdırır


Könüllülər tərəfindən göstərilən xidmətlər

1. Vətəndaşların qarşılanması və onları narahat edən məsələlərin dinlənilməsi;
2. Müraciət edən vətəndaşlara düzgün izah verilməsi və aidiyyəti üzrə istiqamətləndirilməsi;
3. Müraciətlərə əsasən ərizələrin yazılması və yazılmasında köməklik göstərilməsi;
4. Əlilliyi olan şəxslərə, yaşlı insanlara və imtiyazlı şəxslərə qayğı göstərilməsi;
5. Vətəndaşlar arasında sorğuların keçirilməsi, onları razı və narazı salan məsələlər barədə  ümumiləşdirmələr aparılması;
6. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət
    sahələri.
     Gədəbəy Rayon İcra Hakimiyyətində təşkil olunan könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 18-29 yaş arası gənclər müraciət edə bilər.

Keçidlər