Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı videoformatda vətəndaşların müraciətlərini dinləyib

04 iyun 2021 | 16:00

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus pandemiyası ilə bağlı qərarını nəzərə alaraq, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev vətəndaşların videoformatda növbəti qəbulunu keçirib. Fərdi qaydada keçirilən onlayn qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.
Müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə aidiyyatı qurumlar üzrə yönləndirilib.
İbrahim Mustafayev vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Keçidlər