Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə 28 May – Respublika Günü münasibətilə “Bura Vətəndir” adlı foto sərgi keçirilib.

27 may 2021 | 16:00

27 may 2021-ci il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində 28 may - Respublika günü münasibətilə “Bura Vətəndir” adlı foto sərgi keçirilib.
 Azərbaycan Jurnalistlər birliyinin üzvi, “Həsən bəy Zərdabi”, “Qızı qələm” mükafatı və bir sıra beynəlxalq foto müsabiqələr laureatı Kərəm Nəbiyevin fotolarından ibarət sərgi nümayiş olunub.
Sərgidə Birinci və İkinci Qarabağ müharibəsini əks etdirən fotolar və bölgənin yay və qış turizmi imkanlarını, tarixi abidələrini əks etdirən 200-ə yaxın foto nümayiş etdirilib.

Keçidlər