Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağac əkmə aksiyası keçirilmişdir

08 may 2021 | 16:00

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar rayonda keçirilən tədbirlərin davamı olaraq ümumrayon iməciliyi  və ağac əkmə aksiyası keçirilmişdir.
Rayon icra hakimiyyətinin şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivlərinin qatıldığı iməcilik rayonun mərkəzində yerləşən Heydər Əliyev parkında keçirilmişdir. İməclik zamanı ərazidəki yaşıllıqlara xidmət göstərilmiş, ağacların qurumuş budaqları budanmış, həmçinin ərazi alaq otlarından təmizlənmiş və digər abadlıq işləri görülmüşdür.
Eyni zamada ağacəkmə aksiyası Gədəbəy şəhəri Heydər Əliyev parkında keçirilmiş, ümumilikdə parkın ərazisinə 200 ədəd şam ağacı əkilmişdir. Həmçinin əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmişdir.
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev və aparat işçiləri, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri iştirak etmişlər.

Keçidlər