Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunun təbii qaz təminatında fasilə yaranacaq.

27 aprel 2021 | 16:00

“Gədəbəy” ölçü qovşağından qidalanan Gədəbəy şəhərini təbii qazla təmin edən diametri 325 mm-lik orta təyziqli qaz xəttinin üzərində yeni quraşdırılmış RDUK 150/105 tipli qaz tənzimləyici qurğunun qaz təchizatı mənbəyinə birləşdirilməsi, həmçinin qaz xətti üzərində quraşdırılmış 4 ədəd siyirtmənin “Təmiz Qaz” QSC tərəfindən dəyişdirilməsi və digər cari təmir- bərpa işlərinin görülməsi ilə bağlı qaz təchizatının dayandırılması zəruriyyəti ilə əlaqədar 28.04.2021-ci il tarixində saat 09:00-dan 12:00-dək Gədəbəy şəhəri və rayonun Qaradağ, Arıqdam, Düzyurd, Söyüdlü kəndlərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Keçidlər