Şriftin ölçüsü :

Saytın rəngi :

“Gədəbəydə doğulan şairlər” kitabının virtual olaraq təqdimatı keçirildi

09 aprel 2021 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyətinin, “Sağlamlığın Qorunması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə yenicə çapdan çıxmış “Gədəbəydə doğulan şairlər” kitabının onlayn təqdimatı keçirildi.
Təqdimat mərasimində Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Müstafayev, millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Sevinc Hüsynova, Həkim-Oftalmoloq, tibb üzrə fəsəfə doktoru, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva iştirak edirdilər.
Həmçinin görüşdə kitabda şeirləri getmiş müəlliflər ilə yanaşı elm, mədəniyyət və incəsənət xadimləri də iştirak edirdilər. Bu kitabın təqdimatı bir daha sübut etdi ki, tarixi zəngin ədəbi irsə malik olan Azərbaycan ədəbiyyatı və mədəniyyəti böyük qüvvəyə malikdir. 50-dən çox şairin şeirlərini özündə cəm edən kitabın məziyyətləri haqqında gözəl fikirlər söylənildi.
Dövlətin və xalqın vəhdəti, bir yerdə uca sözün qüdrəti işığında birləşməsi bizi daha da güclü edən bir amildir. 2020-nin noyabrındakı böyük qələbəmizdən sonra bu birliyimizin möhkəmlənməsi yolunda bir addım da atıldı.

 

Keçidlər