Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunun 101 yaşlı sakini COVİD-19 pandemiyasına qarşı peyvənd edildi.

17 fevral 2021 | 16:00

Gədəbəy rayonunun 101 yaşlı sakini COVİD-19 pandemiyasına qarşı peyvənd edildi. Rayonun Xarxar kəndində yaşayan 1920-ci il təvəllüdlü 101 yaşlı Cavadova Ərus Cəfər qızı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına gələrək peyvənd edilmişdir. Ərus Cavadova vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

 

Keçidlər