Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə yürüş keçirilib

09 noyabr 2020 | 16:00

Gədəbəy gəncləri 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə yürüş keçirmişlər. Yürüş iştirakçıları Azərbaycanın və qardaş Türkiyə Respublikasının bayraqları ilə bəzədilmiş avtomil karvanları ilə hərəkət edərək “Azərbaycan”, “Yaşasın Ali Baş Komandan!”, “Yaşasın Azərbaycan ordusu!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağ Azərbaycandır!” “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar səsləndiriblər.

Rayon sakinləri küçə və meydanlarda düzülərək yürüş iştirakçılarını sürəkli alqışlarla müşayət etmiş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı və şanlı Azərbaycan Ordusu ilə qürür duyduqlarını, fəxr etdiklərini səsləndirmişlər.

Yürüşdə iştirak edən yüzlərlə gənc Ali Baş Komandanın bir çağırışı ilə hər an Vətənin müdafiəsinə qoşulmaq əzmi nümayiş etdirmişlər.

Keçidlər