Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə güclü külək, dolu bir sıra fəsadlar törədib

29 iyul 2020 | 16:00

28.07.2020-ci il tarixdə axşam saatlarında Gədəbəydə güclü külək və dolu bir sıra fəsadlar törədib.
Güclü külək və dolu düşməsi nəticəsində Gədəbəy rayonunda, 7 fərdi yaşayış evinin dam örtüyünə ziyan dəyib.Həmçinin, dolu təsərrufata da qismən ziyan vurub.

Güclü külək nəticəsində elektrik xətlərinə də ziyan dəyib və bu səbəbdən ötən gecə 47 yaşayış məntəqəsi işıqsız qalmış, ancaq hazırda demək olar ki, bütün evlərə elektrik enerjisinin verilməsi bərpa olunmuşdur.

Keçidlər