Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə dezinfeksiya işləri davam etdirilir

22 aprel 2020 | 16:00

Gədəbəydə gündəlik olaraq zəruri tibbi profilaktik və dezinfeksiya tədbirləri görülür.

Belə ki, respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus (COVID-19) infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər rayonda olduğu kimi yerinə yetirilir. Koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə rayonda yerləşən bütün ərazilər-yaşayış binaları, banklar, idarə, müəssisə və təşkilatlar, küçələr, parklar, avtobus dayanacaqları, ticarət və xidmət obyektlərində dezinfeksiya işləri mütəmadi olaraq aparılır.

Onu da qeyd edək ki, rayonda dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.

Keçidlər