Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan dezinfeksiya işləri davam etdirilir

14 aprel 2020 | 16:00

Gədəbəy rayonunda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir.

Belə ki, rayonda epidemiya ilə bağlı tibbi-proflaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq, təxirəsalınmaz işlər görülür. İnfeksiyanın qarşısını alnması məqsədilə həyata keçirilən dezinfeksiya işləri müəyyən edilmiş qrafikə əsasən bütün yaşayış məntəqələrini əhatə etməklə aparılır. Profilaktik tədbirlərin xüsusi karantin rejimi dövrü bitənədək keyfiyyətlə aparılması Rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır.

Onu da qeyd edək ki, rayonda dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.

Keçidlər