Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun Gərgər kəndində keçirilmişdir

18 dekabr 2019 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev mütəmadi olaraq səyyar görüşlər keçirir, sakinlərin müraciətlərini yerində dinləyərək qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Rayon rəhbərinin yerli sakinlər ilə keçirdiyi görüşlər artıq bir ənənə şəklini alıb.

RİH başçısının növbəti səyyar görüşü rayonun Gərgər kəndində keçirilmişdir. Görüşdə kənd sakinləri ilə yanaşı, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak edib.

Səyyar qəbul-görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açaraq, kənd sakinlərini salamlayıb, keçirilən görüşün əhəmiyyətindən danışıb. Rayon rəhbəri bildirib ki, keçirilən bütün səyyar görüşlərin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.

Bildirilib ki, Gədəbəy rayonunda da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən həm rayon mərkəzində, həm də kəndlərdə geniş abadlıq-quruculuq işləri aparılır. Belə ki, rayonun ən ucqar dağ kəndlərinə ardıcıl şəkildə müasir yolların çəkilməsi, yeni məktəb binalarının tikintisi, qazlaşdırılma və elektrik təchizatının icrası sahəsində işlər davam etdirilir. Bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin rayon əhalisinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş kənd ərazisində olan nasaz elektrik dayaqlarının dəyişdirilməsi, kəndə təbbi qaz xəttinin çəkilməsi və şəxsi məsələlərə dair müraciətlər etmişlər.

Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev qəbul zamanı vətəndaşlar tərəfindən qaldırlan məsələlərin bəzilərinin həlli üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını vermiş, digər müraciətlərə isə qanuna müvafiq izahatlar verilmişdir.

RİH başçısı görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən bugünkü səyyar görüş də bunun bariz nümunəsidir.

Keçidlər