Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birgə oktyabrın 23-də Moruxlu kəndində sakinlərin növbəti səyyar qəbulunu keçirib

23 oktyabr 2019 | 16:00

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, hüquq-mühafizə orqanlarının rəhbərləri, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.  
Kənd sakinləri ilə növbəti görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev vətəndaşların səyyar qəbullarının məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, rayon səviyyəsində həlli mümkün olan müraciətlərin yerindəcə həll edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətləri çərçivəsində olan müraciətlərin isə ümumiləşdirilərək aidiyyəti qurumlar qarşısında qaldırılması və onların həlli istiqamətində operativ kompleks addımların atılması və ehtiyac olduğu halda Prezident Administrasiyasına - hansı ki bu gün, rayonumuzun kuratoru da bu səyyar görüşdə iştirak edir, lazımi məlumatları ona verməklə  aidiyyətı nazirliklər və təşkilatlar qarşısında məsələ  qaldırmaqdır. Belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini bildirən RİH başçısı vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını deyib.  Son illər Gədəbəy rayonunda həyata keçirilən tədbirlər barədə geniş məlumat verən RİH başçısı xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Daha sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Müraciətlər əsasən kəndə içməli su xəttinin çəkilməsi, yolların təmiri və elektrik dayaqlarının yenisi ilə əvəz olunması və şəxsi məsələlərlə bağlı olmuşdur.
Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını vermişdir.
Görülən işləri müsbət qiymətləndirən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər