Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunun Zəhmətkənd kəndində müasir səviyyədə yenidən qurulan həkim məntəqəsinin açılışı olmuşdur.

18 sentyabr 2019 | 16:00

Gədəbəy rayonunun  Zəhmətkənd kəndində müasir səviyyədə yenidən qurulan həkim məntəqəsinin açılışı olmuşdur.

Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev, aparatın məsul işçiləri, Gədəbəy MRX-nin baş həkimi və kənd sakinləri iştirak etmişlər.
İbrahim Mustafayev çıxış edərək son ildə rayonda həyata keçirilən geniş infrastruktur layihələrindən, xüsusən də səhiyyə xidmətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki,  rayonun sakinlərinə göstərilən tibbi xidmətin müasir tələblər səviyyəsində təşkili məqsədilə bir sıra  işlər görülmüşdür ki, yenidən qurulan  Zəhmətkənd kənd həkim məntəqəsi də sakinlərə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.
Kənd ağsaqqalları bölgələrdə, xüsusən də  Gədəbəydə sosial problemlərin həlli, kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində böyük işlərin görüldüyünü diqqətə çatdırıb, bölgələrin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər