Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir.

07 mart 2019 | 16:00

 Gədəbəy rayonunda 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir. Öncə RİH başçısı aparatında çalışan xanımlara gül dəstələri və hədiyyələr təqdim olundu.Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev cıxış edərək 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə xanımları təbrik etmişdir. Qeyd etmişdir ki, Azərbaycan qadınları tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynamışlar. Azərbaycanın müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarının adları çoxəsrlik zəngin tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Bizim üçün  ən əziz, ən qiymətli bilinən Vətən, torpaq, dil anlayışlarının ana adı ilə bağlı olması da qadın, ana adına verilən yüksək qiymətin əyani təzahürüdür. Sonra tədbir "Ecaz" şadlıq sarayanıda  təşkil olunmuş ziyafətdə rayonun   ictimai-siyasi həyatında fəal qadınlarının iştirakı ilə davam etmişdir.

Keçidlər