Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 9 ayın yekunları müzakirə olunub

17 oktyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın, rayonun  təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub. Tədbiri Giriş sözü ilə açan rsyon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat vermişdir.  Gədəbəy rayonunda görülmüş abadlıq quruculuq işləri barədə və rayona cəlb edilmiş investisyalar haqqında danışmış, bu ilin 9 ayının ən böyük naliyyətinnin Ölkə Prezidenti cənab İlham Əliyevin Gədəbəy rayonuna səfərinin olduğunu qeyd etmişdir. 

Keçidlər