Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Azərbaycan Respublikası Dövlət Mİqrasiya Xidməti tərəfindən tədbir keçirilmişdir.

30 noyabr 2016 | 16:00

Gədəbəy rayonunda Azərbaycan Respublikası Dövlət Mİqrasiya Xidməti tərəfindən "Vətəndaşsızlığın azaldılması və qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılmasında Dövlət Miqrasiya Xidmətinin rolu" mövzusunda tədbir keçirilmişdir. 15 şəxsə səyyar xidmət göstərilmişdir. Onlardan 1 nəfərə müvəqqəti yaşama icazəsi vəsiqəsi verilmiş, 1 nəfərə Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin tanınması barədə arayış təqdim olunmuş, 7 nəfərin vətəndaşlıq mənsubiyyətinin araşdırılması üçün  sənədləri qəbul edilmiş, 1 nəfər əcnəbinin  olduğu yer üzrə qeydiyyatla bağlı sənədləri qəbul edilmiş, 1 nəfərə vətəndaşlığa qəbulla bağlı, 4 nəfərə isə vətəndaşlıq mənsubiyyətinə dair sənəd siyahısı təqdim olunmuşdur.

Keçidlər