Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr 2016-cı il tarixdə Gədəbəy rayon Mədəniyyət evində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə tədbir keçirilib.

18 oktyabr 2016 | 16:00

18 oktyabr 2016-cı il tarixdə Gədəbəy rayon Mədəniyyət evində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə  Gədəbəy Rayon icra hakimiyyətinin başçısı açaraq bildirmişdir ki, Azərbaycan bütün çətinliyə, 70 illik zülm və əsarətə baxmayraq 1991-ci ilin oktyabr ayının 18-də müstəqilliyini yenidən bərpa etmiş, özünün suverən dövlətini yaratmışdır. Ancaq zamanın axarı ölkəmizi daha böyük sınağa çəkdi. Çətinliklər bahasına əldə etdiyimiz müstəqilliyimiz daxili çəkişmələr və xarici qüvvələrin müdaxiləsi nəticəsində təhlükə ilə üz-üzə qalmışdı. Böyük siyasi təcrübəyə malik olan Ümummilli Lider Heydər Əliyevin ölkədə  hakimiyyətə qayıdışı ilə bu təhlükə tamamilə sovuşdu. Daha sonra tədbirdə Ulu öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirildi və tədbir konsert proqramı  ilə davam etdirildi.

Keçidlər