“Zəfər Günü” ərəfəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevdən başlayan zəfərimiz əbədidir” mövzusunda geniş tərkibli tədbir təşkil edilib
29 oktyabr 2025 | 16:38
Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən “Zəfər Günü” ərəfəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, şəhid ailələri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib və “Ümummilli Lider Heydər Əliyevdən başlayan zəfərimiz əbədidir” mövzusunda geniş tərkibli tədbir təşkil edilib.
RİH başçısı Orxan Mürsəlov cənab Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyətli mövqeyi, xalqımızın əzmi və iradəsi nəticəsində zəfər tarixinə gedən çətin və şərəfli yoldan danışıb, Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyevin, rayon prokuroru Kamal Əhmədovun, Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədovun və şəhid ailələri adından şəhid atası Saqib Əliyevin çıxışları dinlənilib.
Uca Tanrıdan şəhidlərimizə rəhmət, doğmalarına güc və səbr diləyirik!
Zəfərimiz mübarək!






