Zəfər günü ərəfəsində Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin Vətən müharibəsi iştirakçıları ilə görüşü keçirilib
Zəfər günü ərəfəsində Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin Vətən müharibəsi iştirakçıları ilə görüşü keçirilib.
Zəfər gününə həsr olunan görüşün əsas məqsədi məktəblilərə vətənə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik ruhunun aşılanması, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış qəhrəmanlarımızın döyüş yolunun və həyat təcrübəsinin çatdırılması olub.
Görüş zamanı Vətən müharibəsi iştirakçıları Pərviz Mirzəyev və Altan Sadıqov keçdikləri döyüş yolu, hərbi xidmət xatirələri, döyüş yoldaşlarının qəhrəmanlığı barədə şagirdlərlə söhbət aparıblar. Onlar 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, xalqımızın birlik və həmrəyliyindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlərdən bəhs ediblər.
Səmimi söhbət şəraitində davam edən görüşdə məktəblilər onları maraqlandıran sualları ünvanlayıb, Vətən müharibəsi iştirakçılarının həyat və döyüş təcrübələrini böyük maraqla dinləyiblər.






