Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının XII konfransı keçirilib

10 sentyabr 2026 | 17:52
Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının XII konfransı keçirilib.
 
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başladıqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövründə gördüyü işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə məlumat verib.
 
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən Natiq Nağıyev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan bəhs edib, dövlətimizin başçısı, YAP Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin davamlı inkişaf etdiyini vurğulayıb.
 
Digər çıxış edənlər Milli Məclisin üzvü, YAP Təftiş komissiyasının sədri Sevinc Hüseynova, YAP Mərkəzi aparatının məsul əməkdaşı Araz Salmanov, YAP Gədəbəy rayon təşkilatının fəalları Murad Bayramov və İlqar Abdullayev Yeni Azərbaycan Partiyasının fəaliyyətinin yeni mərhələdə uğurla davam etdirildiyini, rayon təşkilatının ictimai-siyasi proseslərdə proseslərdə fəal iştirak etdiyini qeyd ediblər.
Konfransda YAP Gədəbəy rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.
 
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Keçidlər