Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gədəbəy rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

11 noyabr 2024 | 17:34
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
 
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə Gədəbəy Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlar Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.
 
Aksiya zamanı 6 ha ərazidə 20 min ağac əkilib.
Keçidlər