Vətəndaşlar tərəfindən qaldırılan məsələlər öz müsbət həllini tapıb.
Gədəbəydə bütün sahələrlə yanaşı, vətəndaş amili hər zaman ön planda tutulur.
Belə ki, sakinlər tərəfindən səsləndirilən hər bir məsələyə xüsusi qayğı ilə yanaşılması həmin məsələnin öz müsbət həllini tapmasına səbəb olur.
Gədəbəy şəhərində yaşayan sakinlərin qaldırdığı məsələlənin həll olunması da bu dediklərimizin əyani sübutudur.
Rayon İcra Hakimiyyəti tərəfindən keçirilmiş vətəndaş qəbulunda Gədəbəy şəhər sakinləri Şirinov Ayaz İsmixan və Şirinov Fikrət İsrayıl oğlunun qaldırdıqları məsələ Rayon İcra Hakimiyyətinin və Gədəbəy şəhər bələdiyyəsinin birgə təşəbbüsü ilə təmin olunmuşdur. Belə ki, şəhər ərazisində yerləşən iki küçəyə qum-çınqıl tökülərək hamarlanıb, sakinlərin rahat şəkildə gediş-gəlişi təmin edilib.
Həyata keçirilən bütün əməli işlər bir daha onu göstərir ki, bu gün Gədəbəydə ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili ön planda tutulur. Onlar tərəfindən səsləndirilən hər bir məsələyə belə həssaslıqla yanaşılır və öz həllini tapır.