Rayon İcra Hakimiyyətinin və Ombudsmanın Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqların zərərli informasiyadan qorunmasının əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib
30 oktyabr 2025 | 16:53
Gədəbəy Rayon İcra Hakimiyyətinin və Ombudsmanın Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində 30 oktyabr 2025-ci il tarixində “Uşaqların zərərli informasiyadan qorunmasının əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə gənclər arasında zərərli informasiya və zərərli vərdişlərə qarşı mübarizə, hüquqpozma və bu kimi halların qarşısının alınması, ailənin və nikahın əhəmiyyəti, onun qorunması, möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri barədə çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






