Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib
24 sentyabr 2026 | 19:23
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, müharibə iştirakçılarının iştirakı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Dəyirmi masada Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev çıxış edərək Anım Gününün tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi birlik və həmrəylikdən, şəhidlərin göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan danışıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizin iqtisadi və siyasi gücünün, beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini, bunun isə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası üçün mühüm zəmin yaratdığını vurğulayıb. Qeyd edib ki, 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpa olunması Azərbaycan dövlətinin ardıcıl və məqsədyönlü siyasətinin mühüm nəticələrindəndir. Şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyini bildirərək onların qəhrəmanlığının gələcək nəsillər üçün əsl Vətənpərvərlik və dövlətçilik nümunəsi olduğunu qeyd edib.
Şəhid atası Əli Ələsgərov və Vətən müharibəsi iştirakçısı Azər Allahverdiyev isə çıxışlarında şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə ediblər.






