Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz Regional bölməsinin birgə təşkilatçılığı ilə müvafiq ərazidə təmizliyi və səliqəni təminetmə qaydalarına əməl olunması, antisanitar vəziyyətlə və qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib

17 may 2024 | 17:53
Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz Regional bölməsinin birgə təşkilatçılığı ilə müvafiq ərazidə təmizliyi və səliqəni təminetmə qaydalarına əməl olunması, antisanitar vəziyyətlə və qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib.
Əsasən piyadaların və maşınların hərəkətinə maneə olan, küçələrdə antisanitar vəziyyət yaradan, pərakəndə ticarətlə məşğul olan satıcılarla profilaktik söhbət aparılıb, onlara mövcud nöqsanların qısa zamanda aradan qaldırılması barədə xəbərdarlıq edilib, mövcud qanunvericiliyin tələblərini pozmuş iki nəfər barədə protokol tərtib olunub.
Əziz sakinlərimiz rayonumuzda təmizliyə riayət olunmasında və ətraf mühitin qorunmasında yaxından iştirak edərək bizə dəstək göstərməyinizi xahiş edirik.
Keçidlər