Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Qoşabulaq, Rəmə və Totuqlu kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib
08 may 2025 | 16:05
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qoşabulaq, Rəmə və Totuqlu kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.