Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Poladlı, Əmir, Hacıalılar, Heriknaz, Kəlaman və Qozqaralı kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib
18 iyun 2025 | 12:19
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Poladlı, Əmir, Hacıalılar, Heriknaz, Kəlaman və Qozqaralı kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.