Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Pərizamanlı kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib

01 may 2025 | 16:19
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Pərizamanlı kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib.
 
Sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.
 
RİH başçısı görüşdən sonra 96 şagird yerlik Pərizamanlı kənd tam orta məktəbində olub, dərs prosesində iştirak edib, şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, şagirdlərlə səmimi söhbət aparıb, tövsiyələrini verib.
Keçidlər