Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov müqəddəs Pasxa bayramı münasibətilə rayonun pravoslav xristian icmasının üzvləri ilə görüşüb
21 aprel 2025 | 16:16
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov insanlar arasında mənəvi paklıq, mərhəmət, həmrəylik və dostluq dəyərlərini təcəssüm etdirən müqəddəs Pasxa bayramı münasibətilə rayonun pravoslav xristian icmasının üzvləri ilə görüşüb, bu əziz gün münasibətilə onları ürəkdən təbrik edib, hər birinə möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb.
RİH başçısı ayrı-ayrı millətlərin və konfessiyaların üzvlərinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı, zəngin tolerantlıq ənənələrinə malik ölkəmizdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuş bütün etnik və dini azlıqlar kimi xristian icmasına da öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradıldığını qeyd edib.
İcma üzvləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını və təşəkkür hisslərini çatdırmağı xahiş ediblər.