Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Milli Məclisin deputatı Arzu Nağıyev və Gədəbəy Rayon Prokuroru Əli Babayev ilə birlikdə Vətən müharibəsi şəhidi Hüseyn Rzayevin ailəsinin xoş günündə onlarla birlikdə olub, sevincini bölüşüb
27 aprel 2025 | 21:22
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Milli Məclisin deputatı Arzu Nağıyev və Gədəbəy Rayon Prokuroru Əli Babayev ilə birlikdə Vətən müharibəsi şəhidi Hüseyn Rzayevin ailəsinin xoş günündə onlarla birlikdə olub, sevincini bölüşüb.
RİH başçısı şəhidin adını daşıyan körpənin dünyaya gəlməsi münasibətilə ailəni ürəkdən təbrik edib, bu körpənin gələcək hər bir addımının şəhidimizin şərəfli həyat yolunun davamı olmasını arzu edib.
Uca Tanrıdan şəhidlərimizə rəhmət, doğmalarına səbr diləyir, ailələrinə sevincli günlər arzulayırıq!