Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov “Gədəbəy Mineral Suları” MMC-nin zavodunda istehsal prosesi ilə tanış olub

23 aprel 2025 | 18:37
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov “Gədəbəy Mineral Suları” MMC-nin zavodunda istehsal prosesi ilə tanış olub.
 
Gündəlik 500 min litr su və limonad istehsal etmək gücünə malik müəssisədə “Slavyanka” brendi altında yerli və xarici bazarlar üçün 18 çeşiddə məhsul buraxılır. Müəssisə ötən illə müqayisədə 2024-cü ildə fəaliyyətini limonad istehsalında 43 faiz, su istehsalında 25 faiz artımla başa vurmuşdur.
 
Müəssisə rəhbərliyi tərəfindən RİH başçısına zavodun gələcək inkişaf istiqamətləri barədə məlumat verilib, dövlət tərəfindən sahibkarlığa göstərilən dəstəyə görə minnətdarlıq ifadə olunub.
Keçidlər