Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Gədəbəy İdman Klubunun idmançıları və onların məşqçiləri ilə görüşüb

22 sentyabr 2025 | 17:52
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Gədəbəy İdman Klubunun idmançıları və onların məşqçiləri ilə görüşüb. Görüş zamanı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində idmanın inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirilməsi və Azərbaycanın haqlı olaraq dünyada idman ölkəsi imici qazanması barədə danışıb.
 
RİH başçısı idman klubunun məşqçisi Beyrək Bağırovu böyüklər arasında keçirilən savat (assault) üzrə Avropa çempionatında bürünc medala layiq görülməsi münasibətilə təbrik edib və idmançılara qarşıdakı yarışlarda uğurlu nəticələr əldə etməyi arzulayıb.
Keçidlər