Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Milli Qəhrəmanları İlham Müzəffər oğlu Əliyevin anası Sona Əliyevanı və Natiq Səlim oğlu Qasımovun anası Dursun Qasımovanı ziyarət edib
07 mart 2025 | 16:56
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Azərbaycanın Milli Qəhrəmanları İlham Müzəffər oğlu Əliyevin anası Sona Əliyevanı və Natiq Səlim oğlu Qasımovun anası Dursun Qasımovanı ziyarət edib, bayram münasibətilə təbrik edib, cansağlığı və uzun ömür arzulayıb.
Öz zəkası, müdrikliyi, sədaqəti və mənəvi saflığı ilə seçilən Azərbaycan qadının təcəssümü olan qəhrəman analarımız Sona Əliyevanın və Dursun Qasımovanın simasında əziz və dəyərli qadınlarımızı ürəkdən təbrik edir, cəmiyyətimizin tərəqqisi naminə onlara uğurlar arzulayırıq.