Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə həkim və tibbi personalla görüşüb
17 iyun 2025 | 16:03
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində həkim və tibbi personalla görüşüb.
RİH başçısı bayram münasibətilə kollektivi təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə fərqlənən tibb işçilərini Fəxri Fərmanla təltif edib.