Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirib
08 oktyabr 2026 | 11:42
Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirib. Görüş zamanı şəhid ailələri ilə səmimi söhbət aparılıb, onların qayğıları dinlənilib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Uca Tanrıdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!






