Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Şahdağ və Çiçəkli kəndlərinin sakinləri ilə növbəti səyyar qəbul keçirib
23 noyabr 2026 | 18:31
Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Şahdağ və Çiçəkli kəndlərinin sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Görüş zamanı sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.
Qəbuldan sonra RİH başçısı şəhid ailələrinin üzvləri ilə birlikdə Vətən müharibəsi şəhidi Hüseynov Rafiz Afiq oğlunun, Birinci Qarabağ müharibəsi şəhidi Əsgərov Maarif Əmir oğlunun məzarlarını ziyarət edib və vətəndaşların qaldırdığı məsələyə yerində baxış keçirib.






