Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Poladlı, Əmir, Hacıalılar, Heriknaz, Kəlaman və Qozqaralı kəndlərinin sakinləri ilə növbəti səyyar qəbul keçirib

11 noyabr 2026 | 16:57
Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Poladlı, Əmir, Hacıalılar, Heriknaz, Kəlaman və Qozqaralı kəndlərinin sakinləri ilə növbəti səyyar qəbul keçirib.
 
Qəbuldan öncə RİH başçısı şəhid ailələrinin üzvləri ilə birlikdə Vətən müharibəsi şəhidi Paşayev Firdovsi Afiq oğlunun, Birinci Qarabağ müharibəsi şəhidlərindən Sarıyev İlqar Mahmud oğlunun və Cəfərov İrəddin Firuddin oğlunun məzarlarını ziyarət edib, onların əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
 
Görüş zamanı sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.
Keçidlər