Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Arabaçı və Fərzalı kəndlərinin sakinləri ilə növbəti səyyar qəbul keçirib
23 noyabr 2026 | 18:08
Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Arabaçı və Fərzalı kəndlərinin sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Qəbuldan öncə RİH başçısı şəhid ailələrinin üzvləri ilə birlikdə Vətən müharibəsi şəhləri Teymurlu Orxan Şaiq oğlunun, Süleymanov Elmət Rafiq oğlunun, Birinci Qarabağ müharibəsi şəhidlərindən Vəliyev Məhər Seyfullah oğlunun, Həsənov Fazil İsa oğlunun məzarlarını ziyarət edib, onların əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Görüş zamanı sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.






