Rayon İcra Hakimiyyətinin Başçısı Hacıbaba Babayev Qazax-Tovuz Regional Məşğulluq Filialının müdiri Elçin Nəsibovla işgüzar görüş keçirib
04 noyabr 2026 | 16:21
Rayon İcra Hakimiyyətinin Başçısı Hacıbaba Babayev Qazax-Tovuz Regional Məşğulluq Filialının müdiri Elçin Nəsibovla işgüzar görüş keçirib. Görüşdə rayon sakinlərinin məşğulluğunun artırılması və özünüməşğulluq proqramının genişləndirilməsi əsas müzakirə mövzusu olub.
Əziz sakinlərimiz, sizləri istehsal və xidmət sahəsi üzrə özünüməşğulluq proqramından yararlanmağa, dövlətimizin yaratdığı bu imkandan faydalanmağa dəvət edirik. Proqrama müraciət etmək və ətraflı məlumat almaq istəyən şəxslər Qazax-Tovuz Regional Məşğulluq filialının Gədəbəy rayon xidmət şöbəsinə yaxınlaşa bilərlər.






