Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev rayon prokuroru Kamal Əhmədovla birgə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Gədəbəy şəhər 2 nömrəli Körpələr evi - Uşaq bağçasında təşkil olunmuş bayram tədbirində iştirak edib
01 iyun 2026 | 14:25
Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev rayon prokuroru Kamal Əhmədovla birgə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Gədəbəy şəhər 2 nömrəli Körpələr evi - Uşaq bağçasında təşkil olunmuş bayram tədbirində iştirak edib.
Tədbir çərçivəsində Natiq Nağıyev uşaqlarla görüşərək onlarla səmimi söhbət aparıb, əlamətdar gün münasibətilə körpələri təbrik edib, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayıb.






