Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev 27 sentyabr – Anım Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib
27 sentyabr 2026 | 17:00
Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev 27 sentyabr – Anım Günü münasibətilə rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri və doğmaları ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib.
Rayon rəhbərliyi və tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərimizin məzarlarına gül dəstələri düzüb.
Saat 12:00-da şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Uca Tanrıdan şəhidlərimizə rəhmət, onların ailələrinə güc və səbr diləyirik!






